Ayrılıq heç kəsə qismət olmasın,
Ayrılıq oduna heç kəs yanmasın.
Sevgidən ayrılmaq dözülməz olur,
İnsanın ürəyi yaman dərd olur.
Ayrıldım ayrılıq yolundayam mən,
Məhəbbət yolunun sonundayam mən.
Bu axşam sevgilimdən ayrı düşmüşəm,
Dəlilik məcnunun yolundayam mən.
Yolunda sərf elədim bütün sevgimi,
Əmanət etmişdim sənə qəlbimi.
Anla ki, sevirdim dəlilər kimi,
İndi sevsəm belə faydası varmı?
Bəlkə də sevirəm bütün qəlbimlə,
Hərdən düşünürəm görəsən görəsən,
Yenə səni gözləməyin faydası varmı?
Gözəl gözlərinin aşiqiyəm mən,
Bu qərib qəlbimin sahibisən sən.
Həsrətin yamanca yorubdu məni,
Söyləyə bilmirəm sevirəm səni.
Sənsizlik həsrəti bitirir məni,
Gözlərim hər yerdə axtarır səni.
Ürəyim unudub artıq gülməyi,
Soruş bir yadımdan çıxırsanmı heç.