İlisu sultanlığı

Son güncelleme: 11.05.2012 17:19
  • Azərbaycan sultanlıq Tarix qaralamaları - Azərbaycan sultanlıqları - İlisu sultanlığı haqqında
    İlisu sultanlığı — XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir
    Tarixi

    İlisu sultanlığının təməli 3 avqust 1563-cü ildə qoyulmuş və 26 avqust 1844-cü il tarixində Rus imperiyası tərəfindən işğal edilmişdir.Sonuncu İlisu hakimi Danyal Sultan Şeyx Şamilin tərəfinə keçmişdir.

    İlisu sultanlığının tarixi, xüsusən də sultan titulu daşıyan İlisu hakimlərinin geneologiyası haqqında səslənən fikirlər bu günə qədər bir-biri ilə ziddiyyət təşkil edir. Sultanlığın yaranmasını gürcü tarixçiləri və bir sıra rus tədqiqatçılar Kaxetiya çarlığının parçalanmasının nəticəsi kimi dəyərləndirmişlər. Onların fikrincə İlisu hakimləri islamı qəbul etmiş gürcü knyazı Quram Vaxvaxişvilinin nəslindən idilər.[2]
    İlisu sultanlığı

    Səfəvi hökmdarı Şah I Abbasın Gürcüstana hücumu ərəfəsində Qaxın gürcü canişini eristav Quram Vaxvaxışvili şahın hüzuruna gələrək islamı qəbul etmiş və Kaxetiyaya qarşı hərbi əməliyyatlarda İran ordusunun tərkibində öz dəstəsi ilə fəal ıştirak etmışdır. Dağıstan, Azərbaycan və digər bir qism rus tədqiqatçıları sultanlığın yaradıcıları kimi Dağıstan xalqlarından olan saxurların [3], [4] və hətta avarların [5] [6] xüsusi rolunu qeyd etmışlər. Bölgənin epiqrafik abidələrini tədqiq etmiş alim Məşədixanım Nemətova isə İlisu hakimlərinin sələflərinin türkləşmiş ərəblər olduğu fikrini irəli sürmüşdür.

    İlisu sultanlığı haqqında yazılan bir sıra publisistik məqalə və araşdırmalarda isə İlisu sultanlarının geneologiyasının türklərlə bağlı olduğu göstərilir.[7][8][9][10] İlisu sultanlarının xələfləri olan Sultanovlar nəslinin nümayəndələri dünyanın bir sıra ölkələrində yaşayırlar.

    İlisu sultanları

    Adıgörklü bəy (1562—1598)
    Sarı Əli bəy (I Əli Sultan) (1601—1628)
    Əmirxan bəy(1616—1627)
    Məhəmmədxan bəy (1627—1636)
    Xəlil bəy (1642—1670)
    II Əli Sultan paşa (Şəki bəylərbəyi və İlisu sancağının hakimi) (1695—1732)
    Məhəmməd bəy (1732—1747)
    I Əhmədxan Sultan (1747—1748)
    Alxas bəy (1748—1762)
    Xanbaba bəy (1762—1803)
    II Əhmədxan Sultan (1803—1830)
    Musa bəy (yanvar 1830 — sentyabr 1830)
    Danyal Sultan (1830—1844)

#11.05.2012 17:19 0 0 0