Yuxuda Meşə görmək - Yuxu Yozmaları 2012

Son güncelleme: 15.05.2012 15:59
  • Yuxuda Meşə görmək - yuxu yozmalari 2012 haqqda

    Yuxuda cavan ağac görmüsünüzsə, bu, planlarınızın həyata keçəcəyinə işarədir. Ölü ağac qəm və itki əlamətidir. Yuxuda ağaca dırmaşmaq işdə sürətli inkişafa işarədir. Yuxuda ağacı kökündən çıxarmaq və ya kəsmək öz gücünüzü və varınızı əbəs yerə xərclədiyinizə işarədir. Yaşıl meşə uğura, çılpaq meşə isə maraqlarınızda dəyişikliklərə işarədir. Meşə yanğını planların həyata keçməsi, xoşbəxtlik və firavanlığa işarədir. Yuxuda meşədə odun doğramaqla məşğulsunuzsa,uğur əldə etmək üçün mübarizənin başlanğıcına işarədir. Yuxuda sıx meşədə gəzirsinizsə, sizi işlərinizdə uğursuzluqar və ailə mübahisələri gözləyir. Əgər bu vaxt üşümüsünüzsə və ya aclıq hiss etmisinizsə, sizi xoş olmayan səyahət gözləyir. Yuxuda ağacların yaşıl çətirlərindən zövq almaq uğur və şöhrət əlamətidir. Yarpaqların tökülərək ayaqlarınızın altında xışıldaması itkiyə işarədir. Yuxuda ağacları qurumuş meşə görmüsünüzsə, sizi məyusluq gözləyir.
#15.05.2012 15:59 0 0 0