Şaftalı mürəbbəsi

Son güncelleme: 21.05.2012 00:10
  • Şaftalı mürəbbəsi - Şaftalı mürəbbəsi terifi ve terkibi - Şaftalı mürəbbəsinin hazırlanma qaydası

    noimage

    Tərkibi:

    1,5 kq çəyirdəyi çıxarılmış şaftalı
    1 kq şəkər tozu
    darçın çubuğu
    limon

    Yetişmiş, amma bərk şaftalı eçin. Yuyun (üstünə qaynar su töküb qabığını soymaq da olar). Dənəsini çıxarıb dilimləyin.

    Üzərinə şəkər tozu səpib 1 saat saxlayın. Çox zəif ocağın üstünə qoyun. İçinə darçın çubuğu salın. Qaynara düşəndə ocaqdan götürün. Proseduru daha iki dəfə təkrar edin. Hər dəfə də çox zəif odda, hərdənbir taxta qaşıqla qarışdıraraq bişirin. Axırıncı dəfə bir limonun şirəsini əlavə edib daha 10-15 dəqiqə qaynadın.
    Mürəbbəni qaynar-qaynar steril bankalara yığıb ağzını bağlayın və tərs çevirib soyuyanadək saxlayın.

    Nuş olsun..
#21.05.2012 00:10 0 0 0