Eurovision'da səs göndərmək üçün sms nömrələri açıqlandı

Son güncelleme:
  • Show Biznes Xeberleri - Eurovision 2012

    noimage

    Azərbaycan ərazisindən səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə olacaq

    Bir neçə dəqiqədən sonra “Eurovision”Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinalı keçiriləcək. Lent.az-ın məlumatına görə, yarımfinal şousu Bakı vaxtı ilə gecə 00.00-da “Bakı Kristal Zalı”nda başlayacaq. Bu şou ölkənin İctimai Televiziyası ilə canlı yayımlanacaq.

    Qeyd edək ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək.

    Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olacaq. Müsabiqənin builki rəsmi saytının məlumatına görə, Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq.

    Səsvermə qaydası belədir:

    bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir.

    Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransındakı püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olunacaq.

    Jalə
0 0 0