Eurovision yarımfınalı: 10 ölkə finalda

Son güncelleme:
  • Show Biznes Xeberleri - Eurovision 2012

    noimage

    Bakıda keçirilən “Eurovision 2012” Mahnı Müsabiqəsinin birinci yarımfinalı başa çatıb. Lent.az-ın məlumatına görə, “Bakı Kristal Zalı”nda müsabiqənin birinci yarımfinalının 18 ölkəsindən 10-u finala çıxıb.

    Səs çoxluğu ilə Ruminiya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya, İrlandiya finala vəsiqə qazanıblar.

    Qeyd edək ki, müsabiqənin finalı mayın 26-da keçiriləcək. Finalda 26 ölkə - yarımfinalda qalib gələn 20 ölkə, müsabiqənin “böyük beşliyi” və ötənilki qalib kimi Azərbaycan çıxış edəcək.

    Jalə
0 0 0