Türkiyənin məşhur müğənnilərindən olan Metin Arolat bu gün bıçaqlanıb. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, müğənni bu gün səhər saat 5:00 radələrində qonşularının dalaşdığını eşidib, evdən çıxaraq onları ayırmağa çalışıb.
O, qonşularını ayırarkən ayağından bıçaqlanıb. Metin Arolat xəstəxanaya aparılıb, ayağına bir neçə tikiş qoyulub. Müğənni “Twitter” səhifəsində yazıb ki, xəstəxanaya, polis şöbəsinə getməli olub, evə yalnız günorta saatlarında qayıda bilib: Bir neçə tikiş qoyuldu. Bu da bir təcrübə oldu. Məndən sizə məsləhət odur ki, səhər saat 5:00 radələrində qonşularınızın dalaşdığını eşitsəniz, yorğanınızı başınıza çəkib, yatmağa davam edin...