Türkiyənin “Star TV” kanalında yayımlanan “Muhteşem Yüzyıl” serialının 61-ci seriyası mayın 23-də nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, bu bölümdə Gülşah Hürrəmə İbrahim Paşa ilə bağlı çox önəmli məlumata sahib olduğunu deyir, bu sirri ona vermək üçün şərt irəli sürür. Validə Sultanın səhhəti ilə bağlı yaxşı xəbər alan Süleyman bir az rahatlanır. Fatma Şahzadə Mustafanın qəlbinə girə bilmək üçün bütün yollara baş vurur, sonda məktub yazaraq ona eşq elan edir. Mustafa onun sevgisinə inanır...