Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2011” Mahnı Müsabiqəsinin final şousu İsveçin qələbəsi ilə başa çatdı. Lent.az-ın məlumatına görə, səsvermə başlayandan axıradək üstünlüyü qoruyub saxlayıb.
Beləliklə, 57-ci “Eurovision” Mahnı Müsabiqəsində İsveç təmsilçisi Loreenin ifa etdiyi “Euphoria” mahnısı müsabiqənin ən sevilən mahnısı olub.
İsveç 372 xalla 1-ci yeri qazanıb. 2-ci yerdə Rusiya, 3-cü yerdə Serbiya qərarlaşıb.
Çıxışlar bitdikdən sonra müsabiqədə iştirak edən 42 ölkə ilə canlı bağlantı olub. Canlı bağlantılar zamanı ölkələrin təmsilçilərə verdikləri səslər elan edilib. Azərbaycandan səsləri “Eurovision 2010” təmsilçimiz Safura Əlizadə açıqlayıb. Finlandiyanın səslərini 2006-cı ildə “Eurovision” Mahnı Müsabiqəsinin qalibi olan "Lordi", Belarusun səslərini 2007-ci ildə bu ölkəni təmsil edən Dmitriy Koldun, Fransadan nəticələri “Eurovision 2011” təmsilçisi Amauri Vassili, Rusiyanın səslərini isə məşhur aparıcı, model Oksana Fyodorova açıqlaylb.
Beləliklə, müsabiqənin ilk onluğu belə sıralanıb:
1. İsveç
2. Rusiya
3. Serbiya
4. Azərbaycan
5. Albaniya
6. Estoniya
7. Almaniya
8. Türkiyə
9. İtaliya
10. İspaniya
Müsabiqədə Azərbaycana xal verən ölkələr :
Albaniya -4
Monteneqro-5
Ukrayna-12
Belarus-7
Malta -12
San Marino-4
Böyük Britaniya -2
Türkiyə-12
Yunanıstan -5
Bosniya və Hersoqovina -7
Moldova – 10
Bolqarıstan -10
Kipr- 8
Slovakiya -6
Makedoniya- 2
Litva- 12
Gürcüstan – 10
Serbiya -3
Rusiya -10
İsrail -8
İrlandiya -1
Azərbaycanın ən yüksək xal verdiyi ölkələr :
Malta- 8
Rusiya -10
Türkiyə -12
Rumıniya, Avstriya, Belarus, Fransa , İsveçrə, Sloveniya, Xorvatiya, Niderland, Portuqaliya, İslandiya, İsveç, Norveç, Estoniya, Danimarka, Latviya, İspaniya, Finlandiya, İtaliya, Almaniya, Macarıstan, Azərbaycana heç bir xal verməyib.
Səsvermədə həm tamaşaçılar, həm də münsiflər iştirak edib. Səsvermədə peşəkar münsiflər heyəti (hər bir ölkədən musiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanıb. Beləliklə, ümumi xal əldə olunub və ölkələrə verilib. Qalib ölkəyə müsabiqənin rəmzi olan büllur mikrofon, həmçinin Azərbaycan bayrağı ilə bəzədilmiş mikrofon da hədiyyə edilib.
Şou uğurla başa çatıb. Artıq tamaşaçılar “Bakı Kristal Zalı”nı tərk edirlər.