Bakıda keçirilən “Eurovision 2012” Mahnı Müsabiqəsinin finalı möhtəşəm anlarla yadda qalıb.
Lent.az-ın məlumatına görə, şounun interval aktında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı kamança, balaban, nağaranın müşayiəti ilə fərqli formada təqdim olunub.
Kamançada Toğrul Əsədullayev və ardınca isə nəfəs alətləri üzrə ifaçı, əməkdar artist Şirzad Fətullayev zurnada şouya möhtəşəmlik qatıblar. Səhnədə od daşıyan rəqqasların gəlişi “Bakı kristal Zalı”nı alova qərq edib.
Daha sonra isə səhnədə məşhur müğənni Emin Ağalarov görünüb. O, səhnəyə yuxarıdan iplər vasitəsi ilə düşərək “Never” mahnısını səsləndirib. Qeyri-adi səhnə quruluşunda şou təqdim edən müğənnini səhnədə 68 nəfər rəqqas müşayiət edib.
Sonda səhnəyə böyük bir Azərbaycan bayrağı çıxarılıb.