Yaraqlıları azərbaycanlıların sənədini əllərindən alıb
Türkiyənin İğdır bölgəsində PKK terrorçuları 10 nəfəri qaçırıb. Lent.az-ın Türkiyənin “Haber365.com” saytına istinadən verdiyi məlumata görə, yol tikintisi sahəsində çalışan bir mühəndis də daxil olmaqla 10 nəfər şəxs bir qrup PKK terrorçusu tərəfindən qaçırılıb
Hadisə dünən axşam saatlarında baş verib.
Terrorçular yol tikintisindən geri dönən iki naxçıvanlının pasportlarını aldıqdan sonra isə sərbəst buraxıblar.
Qeyd edək ki, terrorçuların qaçırdığı şəxslərin azad olunması üçün Ağrı dağında geniş əməliyyat həyata keçirilir.