Qarpız dilimi

Son güncelleme:
  • Qarpız dilimi - Qarpız dilimi nece hazırlanır - terifi ve terkibi

    noimage

    Tərkibi:

    300 q toyuq filesi
    250 q pendir
    qırmızı bolqar bibəri
    2-3 xiyar
    mayonez
    duz
    istiot
    zeytun

    Xiyarı və bolqar bibərini xırda kubiklər şəklində doğrayın. Xiyarın qabığını, yaxşı olar ki, soymayasınız (ona görə də balaca, təzə xiyarlar götürün).

    Toyuq filesini həm suda bişirə, həm də öz suyunda qızaranadək bişirə bilərsiniz.

    Sonra fileni didin. Boşqabın bir yarısına aypara kimi düzün (qarpız dilimi kimi).

    Pendiri sürtgəcin iri gözündən keçirib filenin üstünə düzün.

    Üstünə mayonez çəkin. Bir böyrünə xiyarları döşəyin ("qarpızın qabığı"). Ortasına isə doğranmış qırmızı bibərləri səpin. Qara zeytundan isə "qarpız dənələri" kəsib qırmızı bibərlərin arasına yerləşdirin.

    Nuş olsun!
0 0 0