Timsah

Son güncelleme:
  • Timsah terifi ve terkibi - Timsahın hazırlanma qaydası

    noimage

    Tərkibi:

    xəmir:
    250 ml süd
    50 q kərə yağı
    1 ç.q. şəkər tozu
    1/2 ç.q. duz
    1 x.q. quru maya
    1 yumurta
    3 st. un

    iç:
    500 q qiymə
    1 soğan

    İsti süddə 1 ç.q. şəkər tozunu və 1 x.q. quru mayanı əridin. 15 dəqiqə saxlayın. Şişəndən sonra buna yağ, yumurta, duz vurub qarışdırın. Tədricən un əlavə edərək xəmir yoğurun.
    Üstünə qida plyonkası çəkib isti yerə qoyun.
    Xəmir gələnədək içi hazırlayın. İçi öz zövqünüzə görə dəyişə bilərsiniz (kələm, balıq, toyuq əti, pendirlə göyərti, cem və s.).

    Soğanı xırda doğrayıb 1 qaşıq bitki yağında qovurun. Bunu ətlə birlikdə iki dəfə ət maşınından keçirin. 2 x.q. ərinmiş kərə yağı, duz, istiot əlavə edin.

    Xəmiri təxminən 1 sm qalınlıqda yayın. Uzun düzbucaqlı şəklində kəsin (artıqları bir kənara qoyun, lazım olacaq). Gözəyarı xəmiri üç yerə bölün. Ortasına iç qoyun. Hər iki yanındakı hissədə uclardan başlayaraq 2 sm enində əyri kəsiklər edin. Bunları hörük kimi üst-üstə qatlayın (için üstü örtülməlidir). Sonra baş tərəfində xəmiri yastılayıb dartaraq timsah'ın sifətini, uc tərəfində isə yenə də kənarlarını şəridlərə bölüb sıx hörərək quyruğunu düzəldin (nə baş, nə də quyruq tərəfə iç qoyulmur). Artıq qalan xəmirlərdən timsaha qaş-göz və əl-ayaq düzəldin. Gözünün yerinə kişmiş, yaxud zeytun basa bilərsiniz.

    Timsah'ın dəri'sini düzəltmək üçünsə qayçının köməyilə onün üstündə kəsiklər etmək lazımdır. Bu qayda ilə ona dişlər də düzəldin.

    Timsah'ı siniyə qoyun, üzərinə çalınmış yumurta çəkin və sobada təxminən 1 saat bişirin (150-200 dərəcədə).

    Nuş olsun!
0 0 0