Ponçik

Son güncelleme:
  • Ponçik - Ponçik Terifi ve terkibi - Ponçikin hazırlanma qaydası

    noimage

    Tərkibi:

    12 dolu x.q. un
    3 yumurtanın sarısı
    1 x.q. şəkər tozu
    15 q maya
    200 q süd
    30 q kərə yağı
    1 x.q. konyak

    Mayanı isti süddə əridin, şəkər tozu səpin və isti yerə qoyun. 20 dəqiqə sonra maya şişəcək.

    Unu dərin ləyənə ələyin, südlü mayanı, yumurta sarılarını, ərinmiş yağı, konyakı və bıçağın ucunda duz əlavə edin. Xəmir yoğurun. Üstünü örtüb isti yerə qoyun.

    Xəmir gələndən sonra (təxminən 30-40 dəq.) 1,5 sm qalınlıqda yayın. Stəkanın köməyilə dairələr kəsin, badənin (yaxud şüşə butulkanın ağzı ilə) köməyilə həmin dairələrin ortasını da kəsib çıxarın. Bunları daha 15-20 dəqiqə saxlayın.

    Qaynar bitki yağında qızardın.

    Üstünə şəkər pudrası səpin.

    Nuş olsun..
0 0 0