Kəsmikli ponçik

Son güncelleme:
  • Kəsmikli ponçik - Kəsmikli ponçik terifi ve terkibi - Kəsmikli ponçikin hazırlanma qaydas

    noimage

    Tərkibi:

    500 q kəsmik
    4 yumurta
    200 q yağ
    150-200 q şəkər tozu
    2 ç.q. qabartma tozu
    1 ç.q. soda
    800-900 q un (bir qədər çox da ola bilər)

    Kəsmik, yumurta, şəkər tozu və ərinmiş yağı yaxşıca qarışdırın. Unu qabartma tozu, soda və duzla qarışdırın. Kəsmikli kütləni əlavə edib, xəmir yoğurun. Xəmir ələ yapışmamalı, amma yumşaq olmalıdır.

    Bitki yağını qalın dibli tavada qızdırın.
    Xəmiri kündələrə bölüb 1-2 sm qalınlıqda yayın. Dairə, yaxud qalın haşiyəli həlqələr kəsin. Bitki yağında o üz-bu üz qızardın. Kağız salfetin üstünə düzün, yağı çəkilsin. Üzərinə şəkər pudrası səpə bilərsiniz.

    Nuş olsun!
0 0 0