Rusiyanın “Eurovision 2012” təmsilçiləri yay ərzində müxtəlif konsertlərdə çıxış edəcək
Udmurtiyada "Buranovskiye babuşki" qrupunun şərəfinə 26 may nənələr günü elan edilib. Lent.az-ın “eurovision.az” saytına istinadən verdiyi xəbərə görə, Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, bu qərar nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra verilib.
Hazırda nənələr qastrola hazırlaşır. “Eurovision.az saytı” xəbər verir ki, nənələr yay ərzində Latviyada, Belarusda olacaq. Qrup iyunun 3-də “Junior Eurovision 2012”nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.
Xatırladaq ki, “Eurovision 2012” Mahnı Müsabiqəsinin favoritlərindən olan "Buranovskiye babuşki" müsabiqənin final mərhələsində 26 təmsilçi arasında 2-ci yeri tutub.