Qırmızı pomidor mürəbbəsi terifi ve terkibi - Qırmızı pomidor mürəbbəsinin hazırlanması
Tərkibi:
1 kq pomidor
1,2 kq şəkər tozu
0,2 l su
vanil
Su və şəkər tozundan şərbət bişirin. Xırda qırmızı pomidorları bu şərbətə salın (doğrayıb çəngəlləmək lazım deyil). Vam odda 30 dəqiqə qaynadın. Sonra 24 saat soyuq yerdə saxlayın. Sonra yenə qaynadın, kəfini yığın, vanil əlavə edib bir sutka saxlayın. Üçüncü gün astaca qarışdıraraq hazır olanadək bişirin.