Zəncəfilli qırmızı pomidor mürəbbəsi

Son güncelleme:
  • Zəncəfilli qırmızı pomidor mürəbbəsi terifi ve terkibi - Zəncəfilli qırmızı pomidor mürəbbəsinin bişirlmesi

    noimage

    Tərkibi:

    1 kq qırmızı pomidor
    3 st. şəkər tozu
    1 portağal
    yarım limon
    yarım budaq vanil
    zəncəfil kökü

    Pomidorların üstünə qaynar su tökün, sonra isə soyuq suya salaraq qabığını soyun. Kubik doğrayın. Limonla portağalı yuyun, dənələrini çıxarın, qabığını soyun. Bunları da doğrayın.
    Vanil və zəncəfili doğrayın. Hamısını qarışdırıb üstünə şəkər tozu səpin. 1 saat saxlayın. Sonra ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı azaldın, zəif odda 5 dəqiqə qaynadın.
    Mürəbbəni ocaqdan götürüb 1 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, qaynara düşəndən sonra 35-45 dəqiqə bişirin.
    İsti-isti bankalara yığıb ağzını bağlayın.

    Nuş olsun..
0 0 0