Yağlı dəri - Yağlı dəri üçün faydalı meslehetler - Yağlı dərisi olan xanımlara faydalı maska hansıdır?
Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.
Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.
Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:
1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.
Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir:
1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.
Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.