Meslehetli Maskalar

Son güncelleme:
  • Maska - Maskalar - Faydalı maskalar

    Quru Dəri üçün

    Yumurta sarisi,1qas bal,1qaş. bitki yağı, bunlari qarişdirib üzdə 15 dəq saxlamaq lazimdir.

    2 x/q təzə kəsmik,1 x/q süd,və 1 x/q bal ilə qarışdirib üzə çəkilir,

    1c/q qlesirin,1 c/q bal,aldiği qədərdə su,bunlari yaxşıca qarışdirib,həftədə 3 dəfə 20/25 deq üzde saxlamaq lazimdir.

    1 x/q un,1 x/q qatiq,1x/q bal ,qarişdirib üzde 15/20 deq saxlamaq lazimdir,bu maska 30 yaşdan sonra edilməlidir.

    1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.

    Yağlı dəri üçün maskalar:

    1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.

    Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.

    1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.

    Gəncləşdirici maskalar:

    1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.

    Qarışıq tip dəri üçün maskalar:

    Yumurtanın ağını çalıb bir neçə damcı limon şırəsi əlavəedib maska qoymaq olar. Bundan başqa droju süddə həll edib üzə çəkmək olar.


    Qidalandırıcı maska

    2ç/q droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.


    Üzdə çillərə görə

    Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır. . Sonra üz ilıq su ilə yuyulmalıdır.


    Üzdə qırışa görə




    1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkələir. Qarışdırdıqdan sonra 15-20 dəq uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.


    Üz dərisini dartan krem (maska)

    Yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.


    Ağardıcı maska

    2q bal və 4q un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.


    Əllərə qulluq

    1x/q badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilb bir az saxlanılır.Saxlandıqdan sonra əllər yuyulmalıdır.
0 0 0
```[cite: 10]