Mandinga yenidən Bakıya gəlir

Son güncelleme:
  • Show Biznes Xeberleri - Eurovision 2012

    noimage

    Rumıniyanın “Eurovision 2012” təmsilçisi “Mandinga” qrupu iyunun 19-da yenidən Bakıya gəlir.


    Lent.az-ın “eurovision.az” saytına istinadən verdiyi məlumata görə, Rumıniya İctimai Televiziyasının mətbuat katibi Toader Paun bildirib ki, qrup millət vəkilləri, səfirlərin iştirak etdiyi beynəlxalq diplomatik tədbirdə təmsil olunacaq. Onun sözlərinə görə, "Mandinga" yenidən Bakıya gəlməyə və pərəstişkarları ilə görüşməyə şaddır: “Azərbaycan və “Eurovision” müsabiqəsi “Mandinga” üçün böyük təcrübə idi və biz belə əhəmiyyətli tədbirdə iştirak etmək məqsədilə yenidən məmnuniyyətlə Bakıya gəlirik. Bakıda olduğumuz müddətdə konsert verməyi də planlaşdırırıq”.
0 0 0