Populyar gürcü müğənnisi və bəstəkarı DATO-nun Bakıdakı konserti təxirə salınıb. Lent.az-ın məlumatına görə, konsertin keçiriləcəyi Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilib ki, proqramın təxirə salınması texniki problemlərlə əlaqədar olub. İyunun 9-da keçirilməsi nəzərdə tutulan proqram sentyabrın 29-na təyin olunub.
Saraydan bildirilib ki, alınan biletlər sentyabrda da etibarlı sayılacaq.