Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Öyle bir geçer zaman ki” serialının 78-ci bölümü iyunun 12-də nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, bu seriyada vəziyyəti ağır olan Hakan xəstəxanaya çatdırılır. Anasını Ali Kaptanın qaçırdığını öyrənən Kənan özündən çıxır. O, anasının sərbəst buraxması müqabilində holdinqdəki qanunsuzluqlarla bağlı bütün sənədləri Aliyə verməyə razı olur. Amma bunu öyrənən Karolin dərhal Əkrəm Tatlıya xəbər verir.