Əvvəldə qaldı

Son güncelleme:
  • Əvvəldə qaldı hekayesin dinle

    O uzun yol getməyi sevmirdi, əsasəndə qış aylarında. Ama bu gün O sakit bir parkda tək oturub, sadəcə öz-özünə düşünmək istəyirdi. Bəlkə də bu gün O özünü günahkar hiss etdiyinə görə, havanın soyuqluğuna əhəmiyyət verməyib uzaq bir yolu piyada gedirdi. Və nəhayət O fikrində tutduğu yerə gəlib çıxdı. Yaxındakı skamyada oturdu və başını qaldırıb Səmaya baxdı. Qaranlıq Səmaya işıqlıq verən ulduzlara, daha sonra isə Aya baxdı...

    "Bəzən xüsusiyyətlərimə nifrət edirəm. Hər kəslə acı danışıram... Sonra bunun səhv olduğunu anlayıb peşman oluram... Başqalarının məsləhətinə ehtiyacım yoxdu sanki. Amma bəzən öz fikirlərimində düzgün olub-olmadığını fikirləşirəm. Bu fikirlər beynimdə olanda özümü bir neçə saniəlik gücsüz hiss edirəm sanki..."

    Bu sözləri deyərkən O, balaca bir qızın səsini eşitdi. Gözünü Səmadakı Aydan çəkib uşağa baxdı..
    "Kaş Məndə onun kimi uşaq olsaydım yenidən.. Amma bir şərtlə ki, həyatı böyüdükcə öyrənməyim.. Böyüməyə başlamamışdan əvvəl həyatı anlayım.. Onun imtahanlarına hazır olum..." - dedi.

    O əslində həyatından narazı deyil, həyata qarşı gücsüz olmasından narazı idi. Amma bu səfər O söz verdi... Artıq heç kimə inanmayacağına söz verdi... Başını Səmaya yenidən qaldırıb öz yoluyla gedərkən daha güclü, daha diqqətli olacağına və ona yaxın adamların qəlbini qırmayacağına söz verdi.

    Gözündən azca yaş göründü. Ətrafına baxdı. Yanında olan balaca qızında səsi gəlmirdi. Anasının əlindən tutub uzaqlaşırdı parkdan.

    Artıq yağış da yağmağa başlayırdı. Havanın soyuqluğunu indi hiss edirdi O...
    O`da artıq yavaş-yavaş isti evinə doğru addımlamağa başladı... Amma ən vacibi də bu idi ki, indi O özünü əvvəlkindən daha çox güclü hiss edirdi...

    Alıntı..
0 0 0