Həyatını günahlarla doldurmuş
bir adam yağışlı və palçıqlı bir
gündə ayağı sürüşür və yerə
yıxılır. Yıxılan zaman üstündəki
paltarlar çirklənməsin deyə əlləri
ilə yerdən tutur və ayağa qalxır.
Yerdən tutuduğu üçün sağ əli
daha çox çirklənmişdi. Amma bu
bədəvi və mədəniyyəti olmayan
biri əlini yumaq yerinə bir yerə
silməyi üstün tutur. Siləcək bir
yeri olmadığınd...an həmin anda
yoldan keçən bir uşağın başını
oxşayaraq əlini silər və ordan
ayrılar. Bu hərəkətdən uşağın
xəbəri belə olmadı. Adam qısa bir
müddət sonra günahlarına tövbə
edəcək fürsət belə tapmamış
vəfat edir. Getdiyi yer mələklər
tərəfindən göstəriləcəyi zaman
çox qorxar, çünki həyatı baş
bütün günahlarla doludur.
Cəhənnəmi gözləyərkən həmin
anda mələklər ona cənnət
bağçalarından bir bağça
göstərirlər. Adam çaşıb qalır və
bu qədər günahı olduğu bir
halda necə olurda Allah ona
cənnəti nəsib edər
- O quluma söyləyin, bir gün əli
palçığa bulaşdığında, o, əlini
silmək üçün bir uşağın başını
oxşamışdı. Etdiyi hərəkət yalnış
olsa belə o uşaq yetim idi. Kimsə
ona yaxınlaşıb başını
oxşamamışdı. O qulum pis
niyyətli olsa da o yetimi o qədər
sevindirdi ki; mən də o gözəl
yetim qulumun hörmətinə o
günhkar qulumu bağışladım.
Peyğəmbərimizdən bir hədisi
"Kim məhəbbətlə əlini bir
yetimin başına çəksə, Allah
qiyamət günü yetimin başındakı
tükün sayı qədər ona nur
bağışlayacaq"