Və..

Son güncelleme:
  • Və mensur şeir dinle



    və Eşq,
    səni özümə izah etməmlə başladı
    indi şeirləşdi
    gələcəkdə romanlaşacaq
    və heç bitmədən davam edəcəyəm
    izah etməyə səni özümə

    Və Gecə yırtıldı səsinlə
    bir doğumu müjdələrcəsinə əks-sədalandı qulaqlarımda
    qalxıb getdiyim yer
    gülüşünlə qurduğum bir sahil qəsəbəsi idi
    və evlərdə sənsizliyin musiqisi çaldı
    minlərlə həsrətə qatılara



    Və tumurcuqlandı qərənfil
    qırmızıya çaldı rəngiylə
    dost oldu yarpaq yarpaq təkliyimə
    açan bir tumurcuq var həsrətimi izah edən
    Və açmamış tumurcuqlar var səni gözləyən
    qoxunla gəl qatıl sənsizliyimə
    minlərlə qərənfil ilə

    Və işıqları söndü gecənin
    milyonlarla yorğan qucaqladı bədənləri
    dərin yuxulara dalaraq yastıqlara sarıldı qollar
    qollarınla qucaqla məni
    xülyalarımdan və gecənin içindən çıxaraq...



    Və gün oyandı
    mahmurluğu üzərindən sıyıraraq,
    şirin bir təbəssümlə göründü üfüqdən günəş,
    səma səhərin sevincini qatdı yer üzünə,
    yer üzü çiy dənələriylə yudu yüzünü,
    yelləndi son qalan yarpaqlar
    Və ağaclar yüngül küləklə
    gün gülümsədi...
    gülümsə...

    Alıntı..












0 0 0