Sərgüzəşti – Vəziri Xani Lənkəran bölgələrə qastrol səfərinə gedir

Son güncelleme: 25.06.2012 20:54
  • Show Biznes Xeberleri - Mehşurlar

    noimage

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə gedəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, prezidentin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi, estetik tərbiyəsinin formalaşdırılması, habelə Azərbaycan Milli dramaturgiyasının banisi, ictimai xadim M.F.Axundzadənin anadan olmasının 200 illiyi və teatrın ən maraqlı tamaşalarını bölgə tamaşaçılarına təqdim etmək məqsədilə baş tutacaq qastrolda kollektiv M.F.Axundzadənin “Sərgüzəşti – Vəziri Xani Lənkəran” tamaşası ilə çıxış edəcək. Dahi dramaturqun eyniadlı əsəri əsasında hazırlanmış dörd pərdədən ibarət səhnə əsəri iyun ayının 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Şirvan rayonlarında nümayiş etdiriləcək.

    Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşanın musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar Rəşidova İradə, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev ifa edəcəklər.

    Jalə
#25.06.2012 20:51 0 0 0
#25.06.2012 20:54 0 0 0