Gözlərin!

Son güncelleme:
  • Gözlərin! şeiri - Gözlərin! şeirin dinle

    [HR][/HR][HR][/HR]

    noimage
    Bəzən bulaq kimi qaynayıb, coşur
    Sonra həzin-həzin axır gözlərin.
    Ömrümə, günümə bir həyat qoşur.
    O zaman ki, mənə baxır gözlərin.
    noimage
    Deyirlər məhəbbət gözlərdə olur.
    Məstedici xallar üzlərdə olur.
    Bəzən anlatdığım sözlər də olur,
    Onda məni oda yaxır gözlərin.
    noimage
    Könlümü açanda, səbrin tutmadı.
    Dilin demək üçün bir söz tapmadı.
    Ancaq gözlərinə gücün çatmadı.
    Mənə könül verdi, axır gözlərin.
    noimage

    [HR][/HR][HR][/HR]

    Alıntı..
0 0 0