Mən də yağmalıyam - Nəriman Həsənzadə

Son güncelleme: 30.06.2012 19:36
  • Mən də yağmalıyam şeirin dinle - Nəriman Həsənzadə şeyirleri

    Çətindir mənimlə birgə yaşamaq ,
    Bəzən gözlərimdə dəyişir aləm .
    Mənimlə ömür - gün yoldaşı
    olmaq
    Bir az da çətindir ,
    Başa düşürəm .
    Nə duman çəkilir , başımdan nə
    çən ,
    Tufanlı boranlı dağam mən ,
    nəyəm ?!
    Nə bilim ,
    Dünyada mən öz əlimdən
    Bəlkə də birinci şikayətçiyəm .
    Məndə bir " mən " də var ....
    Məndən bixəbər ,
    Nə eşidər məni , nə sayar məni .
    Yer var ki o məni hörmətsiz
    eylər ,
    Yer də var şöhrətə çatdırar məni .
    Bir qəmi bir ürək gəzdirə bilər ,
    Yüz ürək qəmi var bu bir
    sinəmdə .
    Mən yerdən göylərə baxsam da
    əgər ,
    Göy ürəyimdədir ,
    Yer ürəyimdə .
    Bir insan olsaydım nə idi dərdim ,
    Yaşardım hər fəsil bir paltar
    geyib ,
    Evimdə çay içib ,
    Çörək də yeyib
    Bir insan qəmini çəkə bilərdim .
    Sinəmdə xalqların bədbəxt taleyi ,
    Bəzən bir aldanmış qadın gileyi ,
    Bəzən bir torpağın batan
    çeşməsi ,
    Bəzən bir üzsüzün üzə düşməsi ,
    Könlümün yayını çəkib qırırlar ,
    Səndən diqqətimi yayındırırlar .
    Elə ki , tutuldum , gözlə bir qədər


    Nəriman Həsənzadə
#29.06.2012 23:54 0 0 0
  • cox gozeldi
#30.06.2012 19:36 0 0 0