Gövhər Həsənzadənin sorağı İsveçdən gələcək - FOTOLENT

Son güncelleme: 22.09.2011 17:56
  • noimage

    Azərbaycanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadə Vahid Azərbaycan Dərnəyinin dəvəti ilə yollandığı İsveçrə səfərindən xoş təəssüratla qayıdıb.

    Bəstəkar VAD-nin sədri Ayə Coşğunla görüşüb və səfərdə maraqlı mədəniyyət layihəsi müzakirə olunub.

    Bu barədə Ayə Coşğun Lent.az-a danışıb: "Çox önəmli bir layihə hazırlayırıq. Bu işdə Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Rafael İbrahimovdan da mənəvi və maddi dəstək aldıq. Gələn il İsveçdə Azərbaycan mədəniyyəti günləri layihəsini həyata keçirməyi qərara aldıq. Bundan başqa mədəni-kütləvi konsert tədbirlərinin təşkili, İsveçin Malmo şəhərindəki mərkəzi və digər kitabxanalarda Azərbaycan şöbəsinin açılışı nəzərdə tutulub. İşlərimiz artıq başa çatmaq üzrədir. Teatr, kino, rəssamlıq, xalçaçılıq, Azərbaycan mətbəxi və digər mədəniyyət janrlarının təqdimi, bütün beynəlxalq və musiqi festivallarında aktiv iştirak və s. Bunlar layihənin çox cüzi bir qismidir. İnşallah irəliləyən günlərdə daha geniş məlumatlar verəcəyik".

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#22.09.2011 17:56 0 0 0