Belarus prezidenti Aleksandr Lukaşenko iyunun əvvəlində Azərbaycana rəsmi səfərə gələcək.
APA-nın xəbərinə görə, Minskdə mətbuat konfransı keçirən Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev səfərin bir neçə gündən sonra baş tutacağını deyib. O bildirib ki, səfər zamanı iki ölkə liderləri geniş əhatəli məsələləri müzakirə edəcəklər və bu səfər iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafına ciddi impuls verəcək.
A. Lukaşenkonun səfəri zamanı bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
LENT.AZ