Ermənistan Azərbaycana bir əsir və iki cəsəd qaytaracaq

Son güncelleme: 28.03.2010 13:36
  • noimage

    Ermənistan Azərbaycana bir əsiri və martın 3-də baş vermiş insident nəticəsində həlak olmuş 2 azərbaycanlının cəsədini qaytaracaq.

    APA-nın «Novosti-Armenia»ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke ilə görüşündə bildirib.

    Ohanyan Ermənistan prezidenti Serj Sarkisyanın belə bir qərar qəbul etdiyini həmsədrin diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, qaytarılma prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə həyata keçiriləcək.

    Qaynaq:LENT.AZ
#28.03.2010 13:36 0 0 0