Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq

Son güncelleme: 28.12.2009 16:11
  • Vitse-spiker Samvel Nikoyan: "Bizim üçün Dağlıq Qarabağın müstəqilliyinin alternativi yoxdur"

    "Ermənistan bu günə kimi yalnız beynəlxalq birliyin mövqeyinə və danışıqlar prosesinə hörmətlə yanaşaraq Dağlıq Qarabağın müstəqilliyini tanımır. Lakin nə bizim, nə də istənilən erməni üçün Dağlıq Qarabağın müstəqilliyinin alternativi yoxdur və ola da bilməz".

    APA-nın məlumatına görə, bu fikirləri slon.ru saytına müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Samvel Nikoyan deyib. O bildirib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, ATƏT-in Mİnsk Qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq: "Biz bununla da beynəlxalq birliyin iştirakı ilə aparılan danışıqlar prosesinə nöqtə qoymuş olarıq. Məhz bu səbəbdən Qarabağın tanınması məsələsini qaldırmırıq. Lakin yenə də deyirəm, bunun alternativi yoxdur. Əgər görsək ki, münaqişənin nizamlanması prosesində irəliləyiş yoxdur və Dağlıq Qarabağın müstəqilliyi təhlükə altındadır, o zaman Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq".

    Qaynaq:LENT.AZ
#28.12.2009 10:48 0 0 0
  • anlamadım ama saol :D
#28.12.2009 14:10 0 0 0
  • Kisa ve öz anlatayim Ermenistanin Karabagi tanimasina dair bir haber gündemi iyi takip ediyorsaniz Karabagin Ermeniler tarafindan taninmasi icin caba sarfediliyor ve Karabagdaki isgalin bir an önce bitmesi icin haberde Karabag meselesine dair bir bilgi:)
#28.12.2009 16:11 0 0 0