"Journal of Neurosurgery: Spine" bildirir ki, ABŞ-dakı Kaliforniya Universitetinin nəzdindəki Tibb Məktəbinin professoru Lenqston Holinin başçılığı ilə aparılmış tədqiqatların nəticələri belədir.
"İnsan qocaldıqca onurğa kanalında daralma artır və nəticədə qan təzyiqi yüksəlir, onurğa beyninə təzyiq artır, toxumalar travma alır. Cərrahiyyə əməliyyatı təzyiqi azalda bilər, amma əsəb hüceyrələri və toxumaları bərpa etmək gücündə deyil", - Holi deyib.
Bioloji əlavələr isə problemi qismən həll edə bilər.
"The Hindu" bildirir ki, tərkibində sarıkök olan qidanı qəbul edən insanlarda servikal meliopatiyanın fəsadları daha az olur.
Meliopatiya boyun, əllərdə ağrılar yaradır, hərəkəti çətinləşdirir.
Sarıköklü qidalar isə sinir hüceyrələrinin bərpasını sürətləndirə bilər.