Tarixde Bugün - 3 iyul

Son güncelleme:
  • Tarixde Bugün - 3 iyul

    noimage

    3 iyul. İlin sonuna gün 182 qalır.

    1608. Fransız səyyah Fransua Şamplen Kanadanın Kvebek şəhərinin əsasını qoyub

    1841. İngilis astronom Con Adams Neptun planetini aşkar edib

    1915. Türkiyədə ilk dəfə kağız pullar tədavülə buraxılıb

    1935. Fransız avtomobil konstruktoru Andre Sitroen (André Citroën) vəfat edib

    1944. Sovet ordusu Minsk şəhərini azad edib

    1956. Polşa hökuməti yəhudilərin İsrailə köçməsinə icazə verib

    1962. Fransa prezidenti Şarl de Qoll Əlcəzairin müstəqillik əldə etdiyini bəyan edib

    1964. ABŞ-da irqi ayrı seçkiliyi qadağan edən qanun qəbul edilib

    1969. Türkiyə ərazisindəki amerikan hərbi bazalarına mülkiyyət hüququ Türkiyəyə keçib

    1988. ABŞ hərbi gəmisi Hörmüz körfəzində İrana məxsus təyyarəni vurub. Hadisə nəticəsində 290 nəfər həlak olub

    1994. Metronun Gənclik stansiyasında törədilən terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Terrorçu Azər Aslanov barədə məhkəmə ömürlük həbs hökmü verib

    1996. Boris Yeltsin yenidən Rusiya Federasiyası prezidenti seçilib

    2000. Türk aktyoru Kamal Sunal (Şaban) vəfat edib

    2004. Banqkokda metro fəaliyyətə başlayıb

    2006. Maşinistin sürət həddini aşması (40 əvəzinə 70 km/saat) nəticəsində Valensiya metrosunda baş verən qəza 41 nəfərin həyatına son qoyub

    2009. Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin başçılıq etdiyi nümayəndə heyəti Qarabağ, Ermənistan və Azərbaycanda olub.
0 0 0