Hava sərin olacaq

Son güncelleme:
  • Xeberler - Hava haqqında

    noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 17-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarına gəlincə, iyulun 4-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal küləyi əsəcək.

    Qaynaq:Lent.az
0 0 0