Çək gözlərini gözümdən

Son güncelleme: 06.07.2012 17:16
  • Çək gözlərini gözümdən - Sevgi

    Baxma gözlərimə, gözlərimə baxma…
    Donmuş ruhun içində qıy cəkmiş çağlayan dənizlərin, fırtınaların iniltisini görürəm...
    Gözlərimə baxma....
    Çək gözlərini gözumdən, təaqəti yetmir inildəyən ürəyin baxışını izləməyə...
    Mən cəkə bilmirəm, yerindən oynada bilmirəm heykəl olmuş göz bəbəylərimi....
    Nəyin ki, üzümü cevirib gedə bilim...
    Sən ki bunu bacarırsan.... Ey gözlərini mənə tikmiş gözlərimin sahibi....
    Çək gözlərini gözümdən, qoy bu yoluma davam edim...
    Gözlərimə tikilmiş, bir cüt gözə arxa dönüb onları tərk edə bilim...
    Səssiz eşidirəm gözlərindən sözlərini....daxilində nə baş verir mən görürəm gözlərini...
    Nə olar...Ey gözlərini mənə tikmiş gizli eşqin sahibi, cək gözlərini....
    Poz bu sükutu, poz bu xəyalları, poz bu göydən yerə nur tək yağan gözə görünməz yağışları, leysanları...
    Çək gözlərini gözümdən, qoy qıy cəkmiş ağlaq təbiət öz səadətinə qovuşsun...
    Çək gözlərini gözümdən, dənizlər ləpələrlə ovunsun....
    Çək gözlərini, baxma gözlərimə, yetər bəsti daha qoy bizimdə ürəyimiz ovunsun....
    Çək gözlərini gözümdən, donmuş zamanın yatmış saatı yenidən əqrəblərinə qovuşsun...
    Çək gözlərini məndən, sən cək ki, məni sevənlər, sənin həsrətindən ölənlər ümid yolundan qoy gözlərini cəkməsinlər...
    Gözlərimə baxa-baxa yum gözünü, qoy sevilən kipriklərin bir-biri ilə qovuşsun...
    Çək gözlərini gözümdən....
    O qədər söz deyir ki gözlərin, dayanmaq gücü yetmir gözlərimin...
    Sanki gözlərində görürəm yanmış ağacın, qırılmış ürəyin iniltisini, kədərini....
    Sanki gözlərindən oxuyuram qələmsız yazıcının yazdığı boş səhifələri....
    Sanki duyuram qarşıdan gələn leysana bənzər göz yaşlarını...
    Sanki hiss edirəm o gözlərin məni hec vaxt buraxmayacağını....
    Çək gözlərini gözümdən....Çək...
    Çək gözlərini gözümdən....Qoy yoluma davam edim....

    Alıntı..
#06.07.2012 17:16 0 0 0