Baxma mənə, gözlərini süzə - süzə,
Demə mənə, qəlbimi üzə - üzə.
Gəl yanıma çıxaq, çəmənə - düzə
Mən sənə şeir yazımmı, qara göz?
Qəbul edərsənmi, gözəl, incə söz?
Gözlərindən, ləblərindən nur saçır,
Gülüşün bu tənha ürəyimi açır.
Qurban olum yox demə, olar acı,
Mənim sənə bağışladığım duyğu
Ey vəfalı, arzuladığım yuxu.
Yox demə, intizarda qoyma məni,
Qoyma bulud yığılsın, sən küləyi,
Çünki, günəş kimi ürək seçib səni.
Gəl mənimlə, ver əllərindən tutum,
Ey vəfalı, arzuladığım yuxum.
Eşqin olsun istəklərim, canım mənim.
Birdənəsən güllər içində, gülüm.
İzin ver bir gün, royalarından keçim,
Yanında qəlb, sevgisin sənə açım.
Ey vəfalı, arzuladığım yuxum.