Başgicəllənməsi

Son güncelleme: 08.01.2022 09:42
  • Başgicəllənməsi - Başgicəllənməsi Diaqnozu - Başgicəllənməsi elametleri ve müalicesi

    Başgicəllənməsi haqqında daha çox hərəkətin illüziyası və ya hərəkətin qallüsinasiyası kimi danışırlar bu orqanizmin fəzada orientasiyasının pozulması, bədənin vəziyyətinin və ya hərəkətinin düzgün dərk edilməməsidir.

    Hər bir insan həyatı boyu başgicəllənmə ilə qarşılaşmışdır. Ola bilsin ki, siz bunu uşaq vaxtı bir neçə dairəvi hərəkət edərkən, təyyarədə və ya dostlarla keçirilən səsli-küylü şənliklərdə hiss etmisiniz. Lakin, əgər baş, səbəbi bilinmədən gicəllənirsə və bu birinci dəfə deyilsə, naxoşluğun səbəbini tapmaq lazımdır. Başğicəllənməsi istənilən yaş dövründə ola bilər.

    Simptomlar və müalicə

    Başgicəllənmə bizim ətraf mühitdə orientasiyamıza cavab verən üç fizioloji sistemimizdən (vestibülyar, görmə, duyğu) gələn informasiyalar arasında uyğunsuzluqdan xəbər verir.

    Başgicəllənmənin çoxsaylı səbəbləri vardır. Məsələn, əgər qəfildən durarkən və ya dönərkən başgicəllənmə yaranıb sonra zəifləyərsə bu vegetativ damar distoniyasıdır.

    Əgər başgicəllənmə eşitmənin zəifləməsi, qulaqda küy və cingilti ilə müşaiyət olarsa və sizə üstəlik soyuq dəyibsə bu o deməkdir ki, qulağın iltihabı xəstəliyidir - otit. Başgicəllənmə və tarazlığın pozulmasını törədən əsas səbəblərdən biri daxili qulağa su yığılması və ya hidrops adlanır.

    Hələ XIX əsrdə başgicəllənmə formasında, karlıq, qulaqlarda cingilti, miqren pozulmaları haqqında məlumatlar verilirdi. Miqren xəstələri digərlərinə nisbətən daha çox başağrısı tutmalarından kənar başgicəllənmədən əziyyət çəkirlər. Bu halı başağrısız miqren və ya başsız miqren adlandırırlar.

    Beyin şişlərində inadcıl başgicəllənmə ilə yanaşı artan başağrıları da olur. Kəskin qan dövranı pozulmalarında, məsələn, insultda, başgicəllənmədən savayı bir sıra simptomlar da olur: nitqin pozulması, zəiflik və əl-ayaq hərəkətlərinin pozulması, huşunu itirmək.

    Uzunmüddətli oturaq işdən, qəfil hərəkətlərdən sonra baş verən başağrıları hamıya tanışdır. Bu vaxtının çoxunu oturaq halda keçirən, idmanla məşğul olmayan adamlarda daha çox olur və boyun əzələlərinin gərginliyi və ağrıları ilə müşaiət olunur. Belə başgicəllənmənin səbəbi boyun əzələlərinin gərilməsi nəticəsində bədənin fəzada orientasiyasına cavabdeh olan beyin şöbələri və qulağın qan təminatının pozulmasıdır. Belə hisslər onurğanın boyun şöbəsinin zədələnməsinə məruz qalan adamlarda da olur.

    Başgicəllənmə bir sıra dərmanlardan, məsələn, antibiotiklərdən və ya yüksək təzyiq preparatlarından və ya onların həddən artıq qəbulundan ola bilər.

    Nəhayət, hava, dəniz, avtomobil və digər nəqliyyat vasitələrindən istifadə edən adamlar da gəzinti vaxtı gicəllənmə və ya hərəkət pozuntuları hiss edirlər. Hal hazırda bu xoşagəlməz hissləri aradan götürmək üçün geniş çeşidli preparatlar mövcuddurlar.

    Aqorafobiya adlı fenomeni də qeyd etmək lazımdır. Bu fəzadan qorxu sindromudur. Bu adamlarda müxtəlif qorxu hissi kimi özünü biruzə verir: ictimai yerlərdə, qapalı binalarda və s., o cümlədən, başgicəllənmədən yıxılma qorxusu.

    Diaqnoz

    Tez-tez başgicəllənmə hallarında həkim-nevropatoloqa, sonra isə otolarinqoloqa müraciət etmək lazımdır. Bu halda sizə vestibulyar testlərdən keçmək (kalori nümunəsi, fırlandırıcı testlər), həmçinin, posturoqrafiya , tarazlığı saxlamaq üçün görmə, vestibülyar və əzələ sisteminin araşdırılması tətbiq olunacaqdır.

    Eşitmə aparatının mümkün olan xəstəliyinə diaqnoz qoymaq üçün tonal - həddi audiometriya və akustik impedansometriya üsullarının tətbiqi ilə araşdırmalar aparılır, damarların vəziyyətini təyin etmək üçün USM və ya kompüter tomoqrafiyası aparılır.

    Müalicə

    Əgər sizi qəfil başgicəllənmə tutubsa, təmkinli, sakit olun. Oturun, nəzərinizi bir əşyaya dikəldin və gözünüzü bağlamayın. Əgər başgicəllənmə əvvəllər olmayan xoşagəlməz ağrılı hisslərlə müşaiət olunursa (əl və ayaqların keyiməsi, nitqin pozulması, güclü qarın və sinə ağrısı) dərhal həkim çağırmaq lazımdır.

    alıntı..
#09.07.2012 13:49 0 0 0
  • Başgicəllənməsi Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 08.01.2022 09:42