ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Bakıya gəlib.
APA-nın məlumatına görə, bu gün səhər saatlarında dugər həmsədr Jak For (Fransa) da Azərbaycan paytaxtına gəlib. Rusiyalı həmsədr İqor Popov da Bakıya gəldikdən sonra vasitəçilər iyulun 10-da Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar.
Bakıda danışıqlar başa çatdıqdan sonra həmsədrlər qoşunların təmas xəttindən qarşı tərəfə keçərək Xankəndinə gedəcəklər. Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçıları ilə də görüşəcək vasitəçilər oradan İrəvana yollanacaqlar.