Cəbhə xəttində atışma: iki hərbçimiz yaralandı

Son güncelleme:
  • Xeberler - Hadise

    noimage

    Düşmən ordusunun isə bir əsgəri məhv edilib, dördü yaralanıb


    Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağstafa rayonu istiqamətində qeydə alınıb. Tərəflər arasında baş verən intensiv atışma nəticəsində Ermənistan tərəfi bir itki verib, 4 nəfər yaralanıb. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi də mətbuata təsdiqləyib.

    Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə APA-nın sorğusuna cavabında bildirib ki, təmas xəttində baş vermiş atışma zamanı Azərbaycan Ordusunun iki hərbçisi – Cəlal Alıyev və Urfan Vəliyev güllə yarası alıblar.

    Yaralı hərbçilər hospitala yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

    Qaynaq:Lent.az
0 0 0