Övladların ata və ana üzərində hüquqlar

Son güncelleme: 14.07.2012 23:30
  • Övladların ata və ana üzərində hüquqları İslamda

    ÖVLADLARIN ATA VƏ ANA ÜZƏRİNDƏ OLAN HÜQUQLARI

    Həzrət Peyğəmbər (s) buyurur: «Ata övladına yazmağı, üzməyi, ox atmağı öyrətməli və ona yalnız halal ruzi yedizdirməlidir».

    Əlbəttə, bunları ata özü şəxsən öyrətməyə də bilər. Övladını məktəbə və ya etimad etdiyi hər hansı bir idman salonuna göndərərsə, bununla öz vəzifəsini yerinə yetirmiş olar. Halal qida məsələsi isə çox çətindir və o, bu məsələyə daha çox diqqət yetirməlidir.

    Çox gözəl olardı ki, hər bir məktəbin yanında idman salonu və məscid olsun. Övladlarımız dərslərini oxuduqdan sonra üzgüçülüyü, ox atmağı, öz dini məsələlərini də öyrənsinlər və onların bədənləri, fikirləri və ruhları birgə inkişaf etsin.

    Yazmaq və ya ümumiyyətlə savadlanmaq, üzmək, ox atmaq və halal qidalarla qidalanmaq övladlarımız üçün dörd güc mənbəyidir. Bütün bunlar gənclərin, uşaqların boş vaxtlarını doldurur və daxili hisslərini, xüsusilə şəhvətlərini kontrol edir.

    Şeyx Bəhayi halal mal haqqında Həsən adlı birindən nəql edir: «Əgər halal bir çörək qırıntısı əlimə keçərsə, onu əzib toz halına salıram. Sağalmayan bir xəstə mənə müraciət etdikdə, həmin halal tikənin tozundan bir az ona verirəm və halal tikədən dadmaqla onun xəstəliyi sağalır».

    Alıntı..
#14.07.2012 23:30 0 0 0