Qadının yaradılışı

Son güncelleme:
  • Qadının yaradılışı - İslam dini

    noimage

    Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün mələklərdən biri soruşur: Sən nə üçün onun üzərində bu qədər işləyirsən?
    Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən? O gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkətedici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı qucaqlaya bilməlidir və bununla da bütün yaraları — diz ağrısından tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki əli ilə bacarır...
    Mələk təəcübləndi: — İki əli ilə...?axı bu mümkün deyil. Bu standart modeldir.
    Burada çox iş var, saxla sabah davam edərsən.
    Xeyr — Allah cavab verdi. İşimin nəticəsinə çox az qalıb və bu mənim ən sevimli əməyim olacaq. O xəstələndiyi zaman özü sağala bilər, hətta sutkada 18 saat işləməsinə baxmayaraq.
    Mələk bir az da yaxınlaşdı və qadına toxundu :- O necə də zərifdir...
    Bəli, o zərifdir, lakin mən onu həm də güclü etmişəm. Sən heç təsəvvürünə gətirə bilməzsən ki, o nələrə sinə gərib, nələrə dözə bilər.
    Bəs o düşünə bilir? — deyə Mələk sual verdi.
    O nəinki düşünmək, hətta inandırmağı, razılaşmağı da bacarır
    Mələk qadının üzünə toxundu — «deyəsən o əriyir!
    O ərimir… bu göz yaşlarıdır» — deyə Allah cavab verdi.
    — Bəs bu göz yaşları nə üçün lazımdır?
    — Göz yaşları ilə o öz kədərini, şübhələrini, sevgisini, yalnızlığını, sevincini bildirir.
    Bu inanılmazdır - mələk təəccübünü gizlədə bilmədi — Allahım, sən hər şeyi düşünmüsən. Qadın doğrudan da valehedici, fövqəladə varlıqdır
    — Bəli, bu belədir. Qadında kişini heyrətləndirən güc var. O ağrı — acı ilə mübarizə aparıb, həyatın ağırlıqlarına dözə bilir. O xoşbəxtlik, sevgi və anlayışı özündə birləşdirir. Qışqırmaq istədiyi zaman gülür, ağlamaq istədiyi zaman isə oxuyur. Xoşbəxt olduğu zaman ağlayır, qorxduğu zaman isə gülür. O ondan oğurlanılan uğrunda mübarizə aparır. Ədalətsizliyə qarşı çıxır. Düzgün qərar gördüyü zaman razılaşır. Ailənin əmin-amanlığı üçün bütün varlığını qurban edir. Sevgisi sözsüzdür. Övladları üçün sevincindən ağlayır. Dostlarının uğuruna sevinir. Yaxınları, sevdikləri vəfat edəndə ürəyi parçalanır, lakin həyata davam etməyə özündə güc tapır. O bilir ki, sevgi, istək bütün yaraları sağaldır.
    Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur

    Alıntı yazılar..
0 0 0
```[cite: 10]