İmam Həsən (ə)-ın Yoldaşlıq Barəsində Cündayə Sözləri - Dini sözler
İmam Həsən Müctəba (əleyhissalam) öz vəsiyyətində Cünadət ibni Üməyyəyə buyurur:
“Öz nəfsindən həmişə hesab apar. Əgər çətinliyə düşsən, kişilərlə yodaşlıq et. Bu xüsusiyyətltlərlə yoldaşlıq et: O kəslər ki, sənə zinət olsunlar. Hüzuruna gedərkən səni qəbul edib qorusun. Onun köməyinə ehtiyacın olsa, sənə kömək etsin. Ona söz deyərkən sözünü təsdiqləsin. Əgər onunla dostluq əhdi bağlasan, əhdində möhkəm olsun. Əgər əlini onun fəzilətinə tərəf uzatsan, əlindən tutsun. Əgər səndən abır-həyanın aradan getməsinə səbəb olası bir şey baş versə, onu gizlətsin. Əgər sənin tərəfindən yaxşılıq görsə, onu nəzərə alsın. Əgər ondan bir şey istəsən sənə versin. Əgər ruzigarın hadisələri ilə qarşılaşsan, səninlə bərabər və qardaş olsun!”
Əmirəl-mö`minin Əli (əleyhissalam) alim və bilik sahibləri ilə oturub durmağı belə bəyan edir, buyurur:
“Yalnız sağlam düşüncəli, ağlı və Allahdan qorxan şəxslərlə yoldaşlıq et. Yalnız, öz nəfsini paklayan alimlərlə yoldaşlıq et. Sirrini yalnız, əhdinə əməl edən vəfadar mö`minə söylə! "
Həzrət buyurur: “Bilin! Alimlərlə oturub, onlara tabe olmaq elə bir işdir ki, ona görə insana mükafat verilər. Alimə tabe olmaq, ehsana çatıb, günahların aradan getməsinə səbəb olur. Həmçinin, bu əməl, mö`minin axirət azuqəsi, dünyada və ölüm anında şərəfidir.“