Tomat sousunda qabaq

Son güncelleme:
  • Tomat sousunda qabaq terifi ve terkibi - Tomat sousunda qabaq nece hazırlanır?

    noimage

    Tərkibi:

    1,5 kq qabaq
    1,5 kq pomidor
    200 q şəkər tozu
    125 ml 9%-li sirkə
    200 ml bitki yağı
    3 diş sarımsaq
    duz - zövqə görə

    Pomidorları yuyub üstünə qaynar su tökün, qabığını soyub ət maşınından keçirin. Qabaqları yuyub-təmizləyin, toxumlarını çıxarın, kubik doğrayın, pomidoru üstünə tökün. Duzlayın, şəkər tozu əlavə edib vam odda bişirin. Qaynara düşəndə bitki yağı, sirkə əlavə edib tavanın qapağını qoyun, 5 dəqiqə bişirin.

    Sonra pasterizə edilmiş bankaların dibinə hərəsinə bir dənə olmaqla əzilmiş sarımsaq qoyun. Sonra pomidorlu qabağı əlavə edib sterilizə edilmiş qapaqla bankaların ağzını bağlayın (burulub bağlanan qapaqlarla).

    Soyuq, quru və qaranlıq yerdə saxlayın.

    Nuş olsun...
0 0 0
```[cite: 10]