1 soğan
3 diş sarımsaq
2 acı istiot
3 x.q. tomat pastası
3 st. su
250 q qarğıdalı konservi
1 x.q. duru yağ
Bir qazana duru yağ töküb, xırda doğranmış soğan və sarımsağı qovurun. Acı istiotu xırda doğrayıb əlavə edin. Tomat pastası əlavə edib 5 dəqiqə bişirin. 3 st. su, duz və qarğıdalı əlavə edin, daha 10 dəqiqə bişirin.