Halal Ruzinin Dəyəri

Son güncelleme:
  • Halal Ruzi - Halal Ruzinin Dəyəri - İslam dini

    Allahın verdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan qorxun.

    Peyğəmbər (s) buyurur: Duasının qəbul olmasını istəyən halal və pak ruzi yeməlidir.

    İmam Əli (ə) buyurub: Əgər ruzi yalnız ağılla kəsb olunsaydı, onda gərək heyvanlar və dəlilər ac qalaydılar.

    Qüdsi (müqəddəs) hədislərdən birində buyurulur:
    Ey Əhməd! İbadət on qisimdir ki, onun doqquzu halal ruzidədir.

    Qəbul Olunmuş Yetmiş Həcc

    İmam Sadiq (ə) buyurub: Hər kim dirhəmin altıda biri qədər haramı öz malından ayırsa, qəbul olunmuş yetmiş həccin savabına nail olar.

    İmam Rza (ə) buyurub: Əgər mömin haramı özündən uzaqlaşdırsa, yetmiş həccin savabına nail olar.

    İmam Sadiq (ə) buyurub: Bir loğma haram tikədən keçmək iki min rəkət namazdan üstündür.
0 0 0