Bilmirəm niyə ama yenədə yazıram - Sevgi sözlerin dinle
Hər gecənin bir səhəri olur ama nədəndi bilmirəm mənim ürəyimə gün doğmur. Hər dəfə nəyisə etmək istəsəm qaranlıq bir maneə kimi qarşıma durur. Hər keçən gün daha da gözəl gün başlayır halbuki mən o gözəl günü görsəmdə hiss edə bilmirəm.. Axı mənim həyatım niyə bu qədər qaranlıq, niyə bu qədər mənasız gəlir axı?..Bəlkə də dünyada mənim kimi hiss edən tək mən deyiləm ama yenədə bilmirəm bu mənə təsəlli deyil…
Baxıram göy üzünə cox gözəldi. Hər hansı həyatı sevər bir insan onun gözəlliyindən həzz alar. Fikir vermişəm insanlar çox sadə birşeylərdən xoşbəxt olmağı bacarırlar ama məndə niyə bu alınmır hələdə bilmirəm. Bəlkə də mən həyata onların baxdığı kimi baxa bilmirəm…bəlkədə….Hər kimə danışmaq istəsəm dərdimi "heçnə olmaz unut keçər" deyirlər. Bax o "unut keçər" deyənlərə bir kəlmə deyəsənki elə asandısa gəl sök ürəyimi sən götür əgər yaşadıqlarım sənin üçün adi gələrsə onda sən unut və sorada ürəyimi mənə geri ver…
Ondan sora bəlkə başa düşərlərki qıraqdan baxınca hərşey asan görünə bilər ama o yükün altına girincə ağırlığını hiss edər insan. Ehh nəbilim yazdıqca ürəyimdəki ağrıları birazcıqda olsa dindirməyə çalışıram ama hiss edirəmki sadecə çalışıram..bir xeyri yoxdu…