Şövkət Ələkbərovanın 90 illiyi qeyd olunacaq

Son güncelleme: 24.09.2012 18:03
  • Show Biznes Xeberleri - Mehşurlar

    noimage

    Prezident İlham Əliyev Şövkət Ələkbərovanın 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

    Lent.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və eləcə də təbliği işinə dəyərli töhfələr vermiş mahir muğam və mahnı ifaçısı, xalq artisti Ş.Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırığı verilib.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
#24.09.2012 18:03 0 0 0