Möcüzəli masaj

Son güncelleme: 24.09.2012 21:28
  • Masaj - Möcüzəli masaj

    Cansız dəri, qırış, iltihab Gündəlik həyatına üz masajını daxil etməklə bunlardan xilas ola bilərsən. Peşəkar üz masajını həftədə bir dəfə gözəllik salonunda və hər axşam özün evdə edə bilərsən. Yuma zamanı üzə təmizləyici vasitədən (kremli tekstur yaxşı olardı) yetərli miqdarda çək.
    İki əllə çənədən alnına doğru hərəkət edərək, üzünü sığallamağa başla.
    Barmaqlarını birləşdir və üzünə dairəvi hərəkətlərlə çənədən qulaqlara doğru, üst dodağın ortasından qulaqlara tərəf, burundan və alının ortasından gicgahlara qədər masaj et.
    Məsləhət

    Gözətrafı dəriyə qulluq üçün ən effektiv ev vasitəsi buzdur. Qazsız mineral suyu və ya otlardan olan həlimi dondur (məs., kalendula, çobanyastığı). Səhər və axşam onlarla gözətrafı dərini sil.
#24.09.2012 21:28 0 0 0